ABŞ səfiri: "Şahdəniz2" Azərbaycanı yenidən Avropaya və dolayısilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyə çevirir


Digərləri 14 Dek 2017 19:02:00 268 0

ABŞ səfiri: "Şahdəniz2" Azərbaycanı yenidən Avropaya və dolayısilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyə çevirir

"Şahdəniz-2" Azərbaycanı yenidən Avropaya və dolayısilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyə çevirir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta V Frankfurt Qaz Forumunda çıxışında deyib.

R.Sekuta bildirib: "Hörmətli qonaqlar, məni bu gün buraya dəvət etdiyinizə və bu Beşinci Frankfurt Qaz Forumunda açılış nitqi ilə çıxış etməyimə fürsət yaradıldığına görə sizə öz təşəkkürümü bildirirəm.

Bu gün müzakirəmizin məqsədinə uyğun olaraq enerji resurslarının davamlı olaraq münasib qiymətlərlə sığortalanması kimi qeyri-rəsmi olaraq təsvir edəcəyim enerji təhlükəsizliyi dedikdə bir ölkənin siyasi təhlükəsizliyi, iqtisadi rifahı və sabitliyi üçün əsas məsələ nəzərdə tutulur. Buna görə də, bu fikir bizim milli təhlükəsizliyimiz və onilliklər ərzində müttəfiqlərimiz və dostlarımızın milli təhlükəsizliyi haqqında amerikalıların düşüncəsində əsas amil olmuşdur".

Diplomat əlavə edib ki, Yam Kippur müharibəsinə cavab olaraq 1970-ci ildə ABŞ və digər ölkələrin OAPEC boykotu ilə oyanış baş vermişdir: "Amerikalılar iqtisadiyyatımızın və rifahımızın 1973-cü ildə olduğu kimi yenidən təhlükə altında olmamasını təmin etmək üçün tədbirlər görülməsinə ehtiyac olduğunu anladılar. Bu onilliyin sonlarında Şahın süqutundan sonra qiymətlərdə qəflətən baş verən artımlar bu fikri daha da qüvvətləndirdi və bizim bununla bağlı müəyyən tədbirlər görmə əzmimizi artırdı. ABŞ-ın strateji neft ehtiyatı, Beynəlxalq Enerji Agentliyinin yaradılması, ölkə daxilində müxtəlif tənzimləyici tədbirlərin həyata keçirilməsi, yeni neft mənbələrinin axtarışı və artan enerji səmərəliliyi və yeni enerji texnologiyalarına təkan verilməsi 1973 və 1979-cu illərdə qəflətən məhdudlaşdırılmış neft təchizatından irəli gələn təhlükələrin təkrarlanmasının qarşısını almaq üçün qərar verilməsi nəticəsində meydana gəldi.

Bu gün biz enerji təchizatının qadağan edilə biləcəyi ilə bağlı davamlı reallığı qəbul etməliyik. Bu cür qadağalar yaxın keçmişdə Meksika Körfəzində baş verən böyük bir qasırğa kimi təbiət hadisələri nəticəsində meydana gələ bilər. Digər halda bu cür qadağalar digər bir ölkə hökumətinin siyasi məqsədlərə nail olmaq üçün neft və ya təbii qaz tədarükü və ya axınını nəzarət altına alma qərarına əsasən meydana gələ bilər.

Bu təhlükələrlə bağlı məsələlərə toxunmaqdansa, bu gün enerji təhlükəsizliyini artırmaq üçün hansı ölkələrin nələr edə biləcəyini təhlil etməyə yer vermək istərdim. ABŞ-ın Azərbaycandakı səfiri olduğum müddətdə bu ölkədən nümunə kimi istifadə edəcəyəm".

Səfir qeyd edib ki, Azərbaycan dünyanın ən qədim neft vilayətlərindən biridir: "Birləşmiş Ştatlarda yaşadığım zaman Drake və Pensilvaniya ştatında Titusville yaxınlığında ilk neft quyusunun qazılması haqqında məlumatlar əldə etməklə yanaşı, əslində Abşeron yarımadasında, Azərbaycanın indiki paytaxtı yaxınlığında bundan çox illər əvvəl ticarət məqsədilə neft quyularının qazıldığına dair informasiyalar əldə etmişəm. Azərbaycanlılar dünyanın ilk neft çəni, ilk neft boru kəməri, ilk dəniz qurğusu və dənizdə ilk dərin neft qurğusunun olmasını qeyd etməkdən qürur duyur. Dünya üzrə neftin qiymətində ən böyük artımlardan biri real olaraq bolşeviklərin 1920-ci ildə Azərbaycanı işğal etdiyi və fəth etdiyi zaman baş vermişdir. Bu işğal müsəlman dünyasında ilk parlament, konstitusiya demokratiyasını da süquta yetirmişdir.

Bu gün Azərbaycan yenə diqqət mərkəzindədir. 1994-cü ildə Xəzərdə yeni aşkar edilmiş xam neft yataqlarının inkişaf etdirilməsinə və böyük miqdarda xam neftin Rusiya, və İranı qabaqlamaqla, Aralıq dənizinə və dünyanın qalan hissələrinə daşınması üçün bir boru kəməri çəkilməyə başlandı. Şahdəniz II qaz yatağının kəşf edilməsi və inkişafı Azərbaycanı yenidən Avropaya və dolayısı ilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyə çevirir.

40 milyard dollardan çox büdcə və altı ölkədən keçən, dəniz səviyyəsindən 2500 metrə qədər yüksəkliyə qədər gedən 3500 kilometrlik boru kəməri ilə Cənub Qaz Dəhlizi Layihəsi, enerji təhlükəsizliyini qlobal şəkildə artırmaqla Avropada milyonlarla yeni təbii qaz mənbələri təmin edir. Bu layihə bu gün dünyada həyata keçirilən ən böyük kapital layihələrindən biridir. Bu layihə ABŞ və digər milli hökumətləri, eləcə də Avropa İttifaqını bir araya gətirir. Azərbaycanın dövlət neft şirkəti, ARDNŞ və BP layihənin hər bir hissəsində səhmdarlar kimi iştirak edirlər. BP şirkəti bir neçə digər tərəfdaşlarla sıx əməkdaşlıq etməklə layihə üzrə işlərə rəhbərlik edir".

R.Sekuta deyib ki, texniki və geosiyasi problemlərə baxmayaraq, layihə müvəffəqiyyətlə davam etdirilir: "Dörd əsas komponentə nəzər saldıqda, nəhəng Şahdəniz II qaz yatağı layihəsinin 97%-i tamamlanmışdır. Bakının cənubundakı böyük Səngəçal terminalının genişləndirilməsi ilə bağlı işlərin 99,8%-i başa çatdırılıb və Azərbaycan və Gürcüstan ərazisindən keçən boru kəmərinin tikintisi ilə bağlı işlərin 98% -başa çatdırılıb. Trans Anadolu boru kəmərinin və ya TANAP-ın tikintisi ilə bağlı işlərin 93%-i başa çatdırılıb və Cənub Qaz Dəhlizi layihəsinin dördüncü komponenti olan və ilk olaraq İtaliyaya 10 milyard kubmetr qaz daşınacaq Trans Adriatik Boru Kəməri TAP üzrə həyata keçirilən işlərin 57%-i başa çatdırılıb. Şirkətlərin məruzəsinə əsasən, Gürcüstanda və Türkiyədə olan müştərilərə ilk təbii qazın CQBK və TANAP vasitəsilə 2018-ci ildə, təbii qazın İtaliyaya isə 2020-ci ildə TAP vasitəsilə nəql edilməsi planlaşdırılır.

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təkbaşına baş verməməsi faktını vurğulayır. Bunun üçün xüsusilə özəl sektor və rəhbər orqanlar tərəfindən öhdəlik, yaradıcılıq və davamlı səylər göstərilməsi tələb olunur. Böyük miqdarda maliyyə və intellektual kapital qoyulması tələb olunur".

Diplomat qeyd edib ki, Cənub Qaz Dəhlizi ilə bağlı dərin dəniz, dənizdə qazma işləri, qazın yüksək təzyiq altında saxlanması və çıxarılması üçün üsulların araşdırılması və yer səthinə və bazara çıxarılması kimi bir sıra texniki çətinliklər mövcudur: "Bu asan deyil, amma şirkətin rəhbərləri və texniki mütəxəssisləri mənə dəfələrlə bəyan etmişdir ki, "Şahdəniz II" yatağından qaz çıxarmaq üçün Azərbaycanda inkişaf etdirilən texnologiya başqa yerdə, o cümlədən Meksika Körfəzində karbohidrogen əldə etmək üçün istifadə olunacaq.

Lakin enerji ehtiyyatlarının kəşfi, bərpası və nəql olunmasının özəl sektor olmadan həyata keçirilə bilməyəcəyinə baxmayaraq, hökumətin oynadığı və gələcəkdə oynayacağı rolu qeyd etmək lazımdır. İlk öncə, qeyd etdiyim kimi, Azərbaycan hökuməti nüfuzlu, təcrübəli şirkətlər cəlb etmək ehtiyacı duymuş, bu şirkətlərin problemlərini dinləmiş və həmin şirkətlərin təqdim etdiyi neft və qaz yataqlarının işlənməsi və inkişaf etdirilməsi üçün lazım olan şəraiti yaratmaq üçün tədbirlər görmüşdür. Bu təcrübə mühüm bir məqamı və daha çox gözardı edildiyini müşahidə etdiyim məsələni vurğulayır. geologiya kifayət etmir. Bu reallıqlardan əlavə, qanunçuluq; sabit bazar münasibətləri və biznes mühiti, şəffaf, faktiki əsaslı, ardıcıl və proqnozlaşdırıla bilən tənzimləmə prosesləri mühüm amillərdir. Nəticədə, bu amillər şirkətin X ölkəsinə və ya Y ölkəsinə kapital qoyduğunu müəyyən edəcəkdir.