"Juventus"da yeni müqavilə hazırlanan və yol üstündə olanlar


İdman 14 Dek 2017 18:54:00 237 0

"Juventus"da yeni müqavilə hazırlanan və yol üstündə olanlar

"Juventus" 3 müdafiəçiyə yeni müqavilə təklif etmək niyyətindədir. Goal.az xəbər verir ki, bunlar Andrea Bardzali, Corco Kyellini və Aleks Sandrodur. Müdafiənin dayaqları hesab olunan Kyellini və Bardzalinin müqaviləsi mövsümün sonunda başa çatır. Rəhbərlik 33 yaşlı Keylliniyə 2020-ci ilə kimi anlaşma təklif etmək istəyir. Aleks Sandronu "Manchester United" və "Chelsea" kimi klublar heyətində görmək arzusundadır.

Komandada qalması sual altında olan müdafiəçilər isə Ştefan Lixtştayner və Kvadvo Asamoahdır. İsveçrəli futbolçu "Marseille" və "Valencia"nın maraq dairəsində olsa da, yaya qədər Turin klubunda oynamağa üstünlük verəcək. Asamoah isə "Galatasaray"a keçə bilər.

Yarımmüdafiə xəttində isə Sami Xediranın MLS-ə getmək ehtimalı var. Əvəzində "Liverpool"un oyunçusu Emre Can azad agent kimi "qoca senyora"nın heyətinə qoşula bilər.