"Unibank" biznes sahiblərinə girovsuz 100 000 AZN-dək kredit təklif edir


Digərləri 14 Dek 2017 18:57:06 236 0

"Unibank" biznes sahiblərinə girovsuz 100 000 AZN-dək kredit təklif edir

Unibank müştərisi olan biznes sahibləri indi heç bir girov təqdim etmədən, hesabları üzrə keçən dövriyyələrinin əsasında 100 000 AZN-dək kredit əldə edə bilərlər.

Bakı. Unibank müştərisi olan biznes sahibləri indi heç bir girov təqdim etmədən, hesabları üzrə keçən dövriyyələrinin əsasında 100 000 AZN-dək kredit əldə edə bilərlər. Bankdan Trend-ə verilən məlumata görə, üstəlik kredit müştəriyə lazım olan ən qısa müddətdə, cəmi bir gün ərzində və sərfəli faizlə ayrılır. Biznes sahibi krediti 1 həftə ərzində banka geri qaytararsa, heç bir faiz ödəməyəcək. Bu məhsul Unibank hesabları ilə cari dövriyyələrini aparan biznes sahibləri üçün hazırlanan təkliflər paketinin bir hissəsidir. Unibank-ın Korporativ bank xidmətləri departamentinin rəhbəri Tural Hüseynov hesab edir ki, cəmi bir gün ərzində, əlavə sənəd və girov tələbi olmadan, üstəlik 7 gün faiz hesablanmamaq şərti ilə ayrılan bu kredit, Unibank müştərilərinin qısamüddətli kassa kəsirlərinin aradan qaldırılması üçün çox sərfəli bir alətdir. Qeyd edək ki, Unibank bir müddət əvvəl biznes sahibləri üçün daha bir xidmət istifadəyə verib. Artıq biznes sahibləri istədikləri vaxt, banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilirlər (https://onlineservices.unibank.az/AccountOrder/index.html).