Biz danışdıq, onlar 780 mln. manat qazandı


Digərləri 14 Dek 2017 18:42:00 225 0

Biz danışdıq, onlar 780 mln. manat qazandı

Cari ilin yanvar-noyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 552,9 mln. manatlıq xidmət göstərib ki, onun da 72,6%-i əhali tərəfindən istehlak olunub.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 50,2%-i və ya 779,7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.