Azərbaycan və Böyük Britaniya arasında hökumətlərarası komissiyanın protokolu imzalandı


Siyasət 14 Dek 2017 18:38:00 245 0

Azərbaycan və Böyük Britaniya arasında hökumətlərarası komissiyanın protokolu imzalandı

Bu gün Bakıda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclasının yekunları üzrə protokol imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, sənədi Azərbaycanın iqtisadiyyan naziri Şahin Mustafayev və Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, baronessa Rona Feyrhed imzalayıb.

Qeyd edək ki, Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, baronessa Rona Feyrhed Azərbaycanda səfərdədir.