Bakıda Şaxta baba olmaq üçün qiymət açıqlandı


Digərləri 14 Dek 2017 18:00:00 297 0

Bakıda Şaxta baba olmaq üçün qiymət açıqlandı

Bakıda Yeni il ərəfəsində Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün ödəniləcək rüsum məlum olub.

Son.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov özəl olaraq Trend-ə bildirib ki, paytaxtda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərən cütlüklər bunun üçün 60 manat rüsum ödəməlidirlər.

Ə.Bağırov deyib: "Həmin rüsum ödəniləndən sonra onların fəaliyyətinə icazə verilir. Hazırda bununla bağlı bir neçə müraciətə baxılır".