Roza Zərgərli məhkəməni uduzdu Yüz minlik iddia rədd edildi


Şou-biznes 14 Dek 2017 17:35:00 446 0

Roza Zərgərli məhkəməni uduzdu  Yüz minlik iddia rədd edildi

Tanınmış müğənni Roza Zərgərli "Roza Zərgərlinin məşuqu bu icra baçısının kürəkəni imiş" başlıqlı yazını yayımlayan saytları məhkəməyə verib

Son.az xeber.news-a istinadla bildirir ki, Roza Zərgərli big.az saytına qarşı iddia qaldıraraq 100000 manat məbləğində mənəvi zərərin ödəniləsini məhkəmədən xahiş edib. Yazının mənbəyinin başqa sayt olmasına baxmayaraq müğənni məhz və yalnızca big.az saytını cavabdeh qismində iddia ərizəsində qeyd edib. Təxminən 3 aya yaxındır davam edən məhkəmə prosesindən sonra Roza Zərgərlinin iddiası rədd edilib. Bu barədə məlumatı Xeber.News-a sözügedən saytın vəkili Əlibaba Əliyev məlumat verib. O, qeyd edib ki, yekun olaraq qətnamə qəbul edilib və Roza Zərgərlinin iddiası rədd edilib: 

"Roza Zərgərli 2017-ci ilin oktyabr ayında şərəf və ləyaqətinin alçaldılması ilə əlaqədar təkzibin verilməsi, üzr istənilməsi və 100000 manat məbləğində mənəvi zərərin ödənilməsi iddiası ilə məhkəməyə müraciət edib.