Göygöldə ağır qəza: avtomobil su kanalına düşdü VİDEO FOTO


Digərləri 14 Dek 2017 17:16:00 224 0

Göygöldə ağır qəza: avtomobil su kanalına düşdü  VİDEO  FOTO

Göygöl rayonun Üçtəpə kəndində də yol qəzası baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, kənd sakini 31 yaşlı Qamət Süleymanov "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarında dayanan, Üçtəpə kənd sakini 26 yaşlı Sərxan Rəhimova məxsun "Lada Priora" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Lada Priora" su kanalına düşüb.

Qəza zamanı müxtəlif bədən xəsarətləri alan "Mersedes"in sürücüsü Qamət Süleymanov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.


Xəbərə aid fotolar