BTC ilə tranzit neftinin nəqli 44% artıb


İqtisadiyyat 14 Dek 2017 17:03:39 229 0

BTC ilə tranzit neftinin nəqli 44% artıb

Yanvar-noyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 39,127 mln. ton neft nəql edilib

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 39 127,1 min ton neft nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 78,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 2,8% az olub.

Cari ilin yanvar-noyabr ayları ərzində BTC kəməri vasitəsilə 30 862,1 min ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 0,24% azdır. Hesabat dövrü ərzində BTC ilə 5 877,2 min ton tranzit nefti də nəql edilib və bu, ötən ilin 11 ayından 43,9% çoxdur.