Həmyerlimiz 2017-ci ildə Türkiyənin ən yaxşısı seçilib


İdman 14 Dek 2017 17:10:00 246 0

Həmyerlimiz 2017-ci ildə Türkiyənin ən yaxşısı seçilib

Azərbaycanlı atlet Ramil Quliyev Türkiyənin ən yaxşısı seçilib. Goal.az xəbər verir ki, “ay-ulduzlular”ın şərəfini qoruyan həmyerlimiz Türkiyə Jurnalistlər Cəmiyyətinin səsverməsində hamını qabaqlayıb. 41 ildir təşkil edilən Sedat Simavi mükafatlarından biri Quliyevə qismət olub. O, ən yaxşı idmançı nominasiyasının qalibi seçilib. Ramil bu mükafata Londonda Türkiyəyə dünya çempionatının ilk qızıl medalını qazandırdığı üçün layiq görülüb. Quliyev təlim-məşq toplanışında olduğu üçün mükafat “Fənərbaxça”nın atletika şöbəsinin cavabdehi Gürsəl Özyurt Seçiciyə cəmiyyətin sədri Şenes Erzik tərəfindən verilib. Erzik uzun illər UEFA-nın vitse-prezidenti vəzifəsində çalışıb.