407 nəfər inzibati qaydada Azərbaycandan çıxarılıb


Digərləri 14 Dek 2017 16:56:00 242 0

407 nəfər inzibati qaydada Azərbaycandan çıxarılıb

Ay ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 1434 qərar qəbul edilib.

Son.az Trend-ə istinadən bildirir ki, qəbul edilən qərarlardan 205-i respublika ərazisində yaşamağın leqallaşdırılması ilə bağlı, 780-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 407-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 23-ü Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 19-u müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.