Bərdədə yanğın: 1 nəfər tüstüdən zəhərləndi


Digərləri 14 Dek 2017 16:58:00 228 0

Bərdədə yanğın: 1 nəfər tüstüdən zəhərləndi

Bərdədə yanğın olub.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Zümürxan kəndində həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 7,5 tonu yanıb.

Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda Bərdə rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.