Əlillərlə bağlı yeni qanun layihəsi hazırlandı


Digərləri 14 Dek 2017 16:41:00 216 0

Əlillərlə bağlı yeni qanun layihəsi hazırlandı

"Azərbaycanda "Əlillərin hüquqları haqqında" yeni qanun layihəsi hazırlanıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, həmin layihədə əvvəlki qanunlarda olan məqamlar saxlanılmaqla yanaşı, yeni mütərəqqi addımlar da var: "Düşünürəm ki, o layihə də MM-ə daxil olanda onun üzərində işləyib öz fikirlərimizi səsləndirə biləcəyik. Bu, bizim gözlədiyimiz layihədir".