Ağdaşda 17 yaşlı gənci qətlə yetirən şəxsi dayısı polisə təhvil verib - TƏFƏRRÜAT - YENİLƏNİB


Sosial 14 Dek 2017 16:32:00 269 0

Ağdaşda 17 yaşlı gənci qətlə yetirən şəxsi dayısı polisə təhvil verib - TƏFƏRRÜAT - YENİLƏNİB

Faktla bağlı araşdırmalar davam etdirilir

Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxsi dayısı polisə təhvil verib.

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, Ağdaş şəhər sakini, Tərlan Hacıyev həmyerlisi Ətraf Nəsibovu  qətlə yetirdikdən sonra Qəbələ rayonunda yaşayan dayısının evinə qaçıb.

Dayısı məsələni bildirdikdən sonra ona polisə təslim olmasını deyib və bununla razılaşmayan T.Hacıyev dayısı gildən yaxınlıqdakı meşəyə doğru qaçıb. Dayısı bununla bağlı polisə məlumat verib və daha sonra bacısı oğlunun ardınca gedərək onu tapıb, əraziyə gələn polis əməkdaşlarına təhvil verib.

***15:37

Ağdaş. 14 dekabr.