Azərbaycanla Ukrayna birgə müəssisə yarada bilər


Digərləri 14 Dek 2017 16:36:00 245 0

Azərbaycanla Ukrayna birgə müəssisə yarada bilər

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə Ukraynanın tanınmış Kryukov vaqonqayırma zavodunun rəhbərliyi arasında görüş keçirilib.

Mİlli.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə zavodun direktor müavini İqor Manaenkov bildirib ki, Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında aktiv iştirak edir. Bir sıra beynəlxalq layihələrin iştirakçısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətinin işə düşməsi ilə Azərbaycan Avropa ilə Asiya arasında geniş bir dəhliz açmış oldu. Bu baxımdan Azərbaycanda yeni sərnişin və yük vaqonlarının istehsalına zərurət yaranıb.

A.Xudiyev öz növbəsində bildirib ki, Ukrayna Azərbaycan üçün əlverişli tərəfdaşdır. Səfir birgə müəssisənin yaradılması üçün Ukrayna tərəfinin təkliflər paketinin hazırlamasının vacibliyini vurğulayıb və qeyd edib ki, Azərbaycan tərəfi təklifləri nəzərdən keçirtdikdən sonra Ukraynadan işçi qrupu ölkəmizə səfər edə bilər.