Prokuror Hacı Qalibin oğluna 4 illik həbs cəzası istədi


Digərləri 14 Dek 2017 16:24:00 268 0

Prokuror Hacı Qalibin oğluna 4 illik həbs cəzası istədi

Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda  prokuror çıxış edib. O, Ə. Salahzadənin 4 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 20-də davam edəcək.

Qeyd edək ki, zərərçəkmiş Elbəy Mirzəyev hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.