Böyük Britaniya parlamenti "Brexit" haqqında qərarda veto qoymaq hüququ qazanıb


Dünya 14 Dek 2017 16:05:30 235 0

Böyük Britaniya parlamenti "Brexit" haqqında qərarda veto qoymaq hüququ qazanıb

Bu qərar danışıqların növbəti mərhələsindən əvvəl Böyük Britaniyanın baş naziri Tereza Meyin mövqeyini zəiflədəcək

Böyük Britaniyalı deputatlar "Brexit" ilə bağlı qanunundakı dəyişiklikləri təsdiqləyiblər.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, dəyişikliklər Birləşmiş Krallığın Avropa İttifaqından çıxması ilə bağlı sazişin əvvəlcə parlament tərəfindən təsdiqlənməsini özündə ehtiva edir.

İcmalar Palatasında keçirilən səsvermədə 309 deputat dəyişikliklərin lehinə, 305 nəfər isə əleyhinə səs verib. Başqa sözlə, "Brexit" haqqında qərarda parlamentin veto hüququ yaranıb.

Britaniyalı ekspertlərin fikrincə, bu qərar dekabrın 15-də Brüsseldə başlayacaq "Brexit" üzrə danışıqların növbəti mərhələsindən əvvəl Böyük Britaniyanın baş naziri Tereza Meyin mövqeyini zəiflədəcək.

Böyük Britaniyanın Aİ-dən çıxış üzrə Nazirliyi səsvermənin nəticələrindən məyus olduqlarını açıqlayıb.