Ağdaşda 17 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb


Sosial 14 Dek 2017 15:37:21 225 0

Ağdaşda 17 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb

Faktla bağlı araşdırmalar davam etdirilir

 Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb. 

"Report"un yerli bürosunun məlumatına görə,  Ağdaş Dövlət Hümanitar Kollecin 3-cü kurs tələbəsi Ə.Nəsibovu ürək nayihəsindən bıçaqlayaraq qətlə yetirən, şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev Qəbələ rayonunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. 

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.