Azərbaycanda İHUBun 70 illik yubileyi ilə bağlı 1 illik kampaniyaya start verilir


Digərləri 14 Dek 2017 15:32:00 253 0

Azərbaycanda İHUBun 70 illik yubileyi ilə bağlı 1 illik kampaniyaya start verilir

İnsan Hüquqlarına dair Universal Bəyannamənin (İHUB) 70 illiyi ilə əlaqədar bu gün Azərbaycanda bir il davam edəcək kampaniyaya start verilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Tədbir 10 dekabr İnsan Hüquqları Gününün qeyd edilməsi çərçivəsində təşkil olunub.

Kampaniyanın üç əsas hədəfi var: təşviq etmək, iştirak etmək və düşünmək. Kampaniya, bütün dünyada geniş auditoriya bazasını cəlb etmək; Universal Bəyannamənin bizim hamımızı necə gücləndirməsi haqqında anlayışı təşviq etmək; və hər gün hər birimizin hüquqlarını müdafiə etməyin yolları barədə düşünmək məqsədi daşıyır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbir dövlət qurumları, Milli Məclis, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elmi dairələr və kütləvi informasiya vasitələrinin 50-dən çox nümayəndəsini bir araya gətirib.