Bu dərmana görə 2 qurum üzüzə gəldi


Digərləri 14 Dek 2017 15:40:00 239 0

Bu dərmana görə 2 qurum üzüzə gəldi

Dünən Səhiyyə Nazirliyi ölkə ərazisinə göz damcısı olan "Oksiam-B" adlı saxta dərman preparatlarının idxal edilməsi ilə bağlı məlumat yayıb. Həmin dərman preparatının Türkiyə Respublikasında "Univerce Pharma İlaç San. ve Tic. Ltd Şti." şirkəti tərəfindən istehsal edildiyi və ölkəmizə "Dihac" MMC tərəfindən idxal olunduğu bildirilib. Araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən mənşəyi məlum olmayan məhsul saxtadır.  Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin olunması məqsədi ilə qeyd edilən saxta, mənşəyi məlum olmayan məhsulun idxalı, satışı və oftalmoloq həkimlər tərəfindən istifadəsi qadağan edilib. Topdan və pərakəndə əczaçılıq müəssisələrinə məhsulun yığışdırılması barədə xəbərdarlıq edilib

Bu gün Dövlət Gömrük Komitəsi həmin məsələ ilə bağlı açıqlama yayıb.

Son.az xəbər verir ki, qafqazinfo-ya daxil olan rəsmi məlumatda qeyd edilib ki, DGK-nin müvafiq qurumları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, xarici iqtisadi fəaliyyət iştirakçısı olan "Dihac" MMC tərəfindən Azərbaycan ərazisinə idxal olunan, Səhiyyə Nazirliyinin müvafiq sertifikatları ilə təmin edilən dərmanların siyahısında "Oksiam-B" adlı dərman preparatı yoxdur.

"Oksiam-B" dərman preparatı ölkə ərazisinə "Norma Med" MMC şirkəti tərəfindən idxal edilib və Səhiyyə Nazirliyinin müvafiq sertifikatı ilə təmin olunub.