Putin: "Saakaşvilinin etdikləri Gürcüstan və Ukrayna xalqının üzünə tüpürməkdir"


Dünya 14 Dek 2017 15:22:55 237 0

Putin: "Saakaşvilinin etdikləri Gürcüstan və Ukrayna xalqının üzünə tüpürməkdir"

Prezident: "Ukrayna Saakaşvilinin etdiklərinə necə dözür?"

"Saakaşvilinin etdikləri Gürcüstan və Ukrayna xalqının üzünə tüpürməkdir! Ümumiyyətlə, buna necə dözürsüz?!"

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin vəziyyətini şərh edərkən deyib.

"Ukraynada əsl ukraynalı yoxdur məgər? Buna baxmaq üzücüdür, ürəyim qan ağlayır", - V.Putin bildirib.