Yunanıstanı tətil bürüdü


Dünya 14 Dek 2017 15:19:00 232 0

Yunanıstanı tətil bürüdü

Yunanıstanda dövlət və özəl şirkət əməkdaşları 24 saatlıq tətilə başlayıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, etirazlara səbəb ölkə rəhbərliyinin beynəlxalq kreditlərin təzyiqi altında qəbul etdiyi sərt islahatlardır.

Tətilə ictimai və hava nəqliyyat əməkdaşlarının da qoşulması gözlənilir ki, bu isə Yunanıstan adaları arasında bərələrin və təyyarələrin reyslərini ləğv edə bilər.

Bildirilir ki, tətilə səhiyyə işçiləri də qoşulub, ona görə xəstəxanalarda yalnız təcili-tibbi yardım xidmətləri göstərilir.