Azərbaycanla Qazaxıstan arasında məhbus mübadiləsi üzrə saziş yanvardan qüvvəyə minəcək


Siyasət 14 Dek 2017 15:09:00 259 0

Azərbaycanla Qazaxıstan arasında məhbus mübadiləsi üzrə saziş yanvardan qüvvəyə minəcək

Qazaxıstanla Azərbaycan arasında azadlıqdan məhrum edilmiş şəxslərin təhvil verilməsi haqqında saziş 2018-ci il yanvarın 12-də qüvvəyə minəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu məsələnin Qazaxıstan XİN rəhbərinin müavini Qalımjan Koyşıbayevlə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov arasında görüşdə müzakirə olunduğu barədə bildirib.

Görüş zamanı Qazaxıstanla Azərbaycan arasında azadlıqdan məhrum edilmiş şəxslərin 10 iyun 1997-ci ildən cəzanın qalan hissəsinin çəkilməsi üçün təhvil verilməsi haqqında sazişə dəyişikliklər barədə protokolun ratifikasiyası ilə bağlı etimadnamələrin mübadiləsi baş tutub.

Qeyd edək ki, bu sənəd 2007-ci il avqustun 7-də imzalanıb, 2013-cü il dekabrın 26-da ratifikasiya olunub.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində