Azərbaycanla Ukrayna sərnişin və yük vaqonlarının istehsalı üzrə birgə müəssisə yarada bilər


Digərləri 14 Dek 2017 15:06:00 226 0

Azərbaycanla Ukrayna sərnişin və yük vaqonlarının istehsalı üzrə birgə müəssisə yarada bilər

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə Ukraynanın tanınmış Kryukov vaqonqayırma zavodunun rəhbərliyi arasında görüş keçirilib.

Bakı. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə Ukraynanın tanınmış Kryukov vaqonqayırma zavodunun rəhbərliyi arasında görüş keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə zavodun direktor müavini İqor Manaenkov bildirib ki, Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında aktiv iştirak edir. Bir sıra beynəlxalq layihələrin iştirakçısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətinin işə düşməsi ilə Azərbaycan Avropa ilə Asiya arasında geniş bir dəhliz açmış oldu. Bu baxımdan Azərbaycanda yeni sərnişin və yük vaqonlarının istehsalına zərurət yaranıb.