İnstagramda hicabsız fotosunu paylaşdı


Digərləri 14 Dek 2017 14:55:00 190 0

İnstagramda hicabsız fotosunu paylaşdı

28 yaşlı iranlı Şiva Əmini ölkəni tərk etmək və Avropa ölkələrindən birində, daha konkret olsaq, İsveçrədə siyasi sığınacaq almaq niyyətindədir.

Son.az bildirir ki, səbəb Ş.Əminini İnstagram-dakı profilində hicabsız, əynində şort olan vəziyyətdə kişilərlə futbol oynasımının əks olunduğu foto ilə videonu paylaşmasıdır.

Bu paylaşımlardan sonra Şivaya qarşı təzyiqlər başlanıb.

O, qadınlardan ibarət futbol komandasından qovulub.

"Mənə qarşı təzyiqlər artır. Hətta həbs olunacağımı deyirlər. Deyirlər ki, İrana qayıdanda "başım ağrıyacaq. Evimizə gəliblər, ailə üzvlərimi sorğu-suala tutubölar"", - hazırda İsveçrədə olan Ş.Əmini yazıb.

O, İsveçrədə yaşamaq, bu ölkədə idman müəllimi işləmək istəyir.


Xəbərə aid fotolar