Region Liqasının püşkü atılıb


İdman 14 Dek 2017 15:00:00 205 0

Region Liqasının püşkü atılıb

“Region Liqası” turnirinin püşkü atılıb. Püşkatma mərasimi 3 şəhərdə - Sumqayıtda (Kapital Bank Arena), Sabirabadda (Gənclər Mərkəzi, akt zalı) və Oğuzda (Təhsil şöbəsi, akt zalı) keçirilib. Goal.az xəbər verir ki, püşkatmalarda AFFA-nın Məşqçilər Komitəsinin üzvləri və regional futbol federasiyalarının nümayəndələri iştirak edib. Liqanın oyunlarına dekabrın 16-da və 17-də start veriləcək. “Region Liqası”nın oyunları 3 zona üzrə (Paytaxt və Şimal; Cənub və Mərkəz, Şimal-Qərb və Qərb) keçiriləcək. Hər birində 4 və ya 5 iştirakçı olmaqla komandalar 2 qrupda mübarizə aparacaq. Bu mərhələ 4 dövrədən ibarət olacaq. Hər zona üzrə qalibi müəyyənləşdirmək üçün qrup mərhələsini birinci pillədə başa vuran komandalar arasında pley-off qarşılaşması təşkil ediləcək. Qalib komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Yarımfinal mərhələsində 3 zonanın qalibi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuş komanda da iştirak edəcək. Qarşılaşmalar neytral meydanda keçiriləcək və bir oyundan ibarət olacaq. Final və üçüncü yer uğrunda oyun da neytral meydanda keçiriləcək.

Turnirin iştirakçı komandalarının zonalar üzrə bölgüsünü və püşkün nəticəsinə uyğun olaraq, birinci turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:

PAYTAXT VƏ ŞİMAL ZONASI

Tufan (Bakı)

Ümid (Bakı)

Şağan

Şıxlar FK (Qobustan)

Şahdağ (Qusar)

Şahdağ (Quba)

Səhliyalı (Şabran)

Uğur (Sumqayıt)

Paytaxt

Şıxlar (Qobustan) - Ümid (Bakı)

Tufan (Bakı) - Şağan

Şimal

Şahdağ (Quba) - Şahdağ (Qusar)

Səhliyalı (Şabran) - Uğur (Sumqayıt)

CƏNUB VƏ ARAN ZONASI

Ümid (Cəlilabad)

Dinamo (Yardımlı)

Cənub RFF

Astara

Neftçala

Gənclik (Sabirabad)

Kürdəmir

Füzuli

Cənub

Cənub RFF - Ümid (Cəlilabad)

Dinamo (Yardımlı) - Astara

Mərkəz

Gənclik (Sabirabad) - Kürdəmir

Neftçala - Füzuli

ŞİMAL QƏRB VƏ QƏRB ZONASI

Şəki

Kürmük (Qax)

Oğuz

Şirvan (Ağdaş)

Energetik (Mingəçevir)

Göyəzən (Qazax)

Şəmkir

Xəmsə (Gəncə)

Qərb

Şəmkir - Energetik (Mingəçevir)

Xəmsə (Gəncə) - Göyəzən (Qazax)

Şimal - Qərb

Şəki - Şirvan )Ağdaş)

Oğuz - Kürmük (Qax)