Cənubi Amerika kubokunun qalibi müəyyənləşib


İdman 14 Dek 2017 14:26:00 263 0

Cənubi Amerika kubokunun qalibi müəyyənləşib

Amerika qitəsinin nüfuzlu klub turnirlərindən sayılan Cənubi Amerika Kubokunun sahibi müəyyənləşib. Goal.az xəbər verir ki, finalda Argentina və Braziliya klublarının dueli baş tutub. "İndependiente" iki oyunun nəticəsinə (2:1, 1:1) əsasən "Flamengo"nu məğlub edərək kuboku başı üzərinə qaldırıb.

Cənubi Amerika Kuboku, final (cavab oyunu)

14 dekabr

Flamengo - İndependiente - 1:1 

Paketa 29 - Barko pen. 39

İlk oyun - 1:2

Argentina təmsilçisi tarixində 2-ci dəfə Cənubi Amerika kubokuna sahib çıxıb. İlk belə hadisə 2010-cu ildə qeydə alınmışdı.