Keçmiş MTN generallarının məhkəməsində vəkillərin vəsatətləri təmin edilməyib


Sosial 14 Dek 2017 13:59:31 285 0

Keçmiş MTN generallarının məhkəməsində vəkillərin vəsatətləri təmin edilməyib

Qapalı keçirilən prosesdə təqsirləndirilən Füzuli Əliyev "Texmarin" epizodu üzrə ifadə verib

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən Füzuli Əliyev "Texmarin" epizodu üzrə ifadə verib.

O, ittihamları qəbul etmədiyini, günahsız olduğunu söyləyib.

Daha sonra ötən məhkəmə iclasında dinləmə epizodu ilə bağlı təqsirləndirilən şəxslərin vəkillərinin qaldırdığı bir neçə vəsatət müzakirə edilib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Hazırda prosesdə fasilə elan olunub.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs ediliblər.