"Özümə kömək edən lazımdır" Səyavuş Aslanın səfalətdən fəryad edən oğluna qardaşından cavab


Kriminal 14 Dek 2017 14:00:00 322 0

"Özümə kömək edən lazımdır"  Səyavuş Aslanın səfalətdən fəryad edən oğluna qardaşından cavab

Mərhum xalq artisti Səyavuş Aslanın oğlu Çingizin dolanışığından danışaraq, "Yeməyə çörək tapmıram" deməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Son.az xəbər verir ki, yenicag.az onun Rusiyada yaşayan qardaşı hacı Eldar Aslanla əlaqə saxlayıb. Qardaşının verdiyi açıqlamalarla bağlı danışmaq istəmədiyini söyləyən Eldar çətinliklə də olsa, suallarımızı cavablandırdı.

- Bakıda yaşayan qardaşınız Çingizlə münasibətiniz necədir? - Yaxşı, nolub ki?

- Müsahibə verərək, məhrumiyyətlər içərisində yaşadığını və yeməyə çörək tapmadığını deyib... - Biz həqiqətən də məhrumiyyətlər içərisində yaşayırıq. Amma mən öz dərdimizi el-aləmə car çəkib, şikayət etməyi xoşlamıram. Bu barədə də israr etməyin, suallarınızı cavablandırmayacam.

- Qardaşınız artıq bu barədə danışıb... - Özü bilər, necə məsləhət bilibsə, elə də edib.

- Bir qardaş kimi onun hansı vəziyyətdə yaşamağından xəbəriniz var? - Mən dedim axı, bu barədə danışmayacam.

- Çoxları sizi ona kömək etməməkdə qınayır... - Mənim özümə kömək edən lazımdır. Üç uşaq, bir qardaş yiyəsiyəm. Ailədə yeganə işləyən mənəm. Nə qazanıram ki, hələ kiməsə də kömək edim? Bacardığım qədər balalarıma da, qardaşıma da əl tuturam.

- Qardaşınızı bu açıqlamaya görə qınayırsız? - Gərək el-aləmə bu barədə car çəkməyəydi.