Region liqasının pükşü atılıb


İdman 14 Dek 2017 13:36:00 237 0

Region liqasının pükşü atılıb

Püşkatmalarda AFFA-nın Məşqçilər Komitəsinin üzvləri və regional futbol federasiyalarının nümayəndələri iştirak edib.

Dekabrın 13-də “Region Liqası” turnirinin püşkü atılıb. Goal.az xəbər verir ki, püşkatma mərasimi 3 şəhərdə - Sumqayıtda (Kapital Bank Arena), Sabirabadda (Gənclər Mərkəzi, akt zalı) və Oğuzda (Təhsil şöbəsi, akt zalı) keçirilib.  

Liqanın oyunlarına dekabrın 16-da və 17-də start veriləcək. Məlumat üçün qeyd edək ki, “Region Liqası”nın oyunları 3 zona üzrə (Paytaxt və Şimal; Cənub və Mərkəz, Şimal-Qərb və Qərb) keçiriləcək. Hər birində 4 və ya 5 iştirakçı olmaqla komandalar 2 qrupda mübarizə aparacaq. Bu mərhələ 4 dövrədən  ibarət olacaq.