Qvardiola: "Heç vaxt lazımsız arxayınlıq keçirməmişik"


İdman 14 Dek 2017 14:05:00 274 0

Qvardiola: "Heç vaxt lazımsız arxayınlıq keçirməmişik"

"Nəzərə alsaq ki, bir neçə gün öncə "Manchester United"lə səfər matçından çıxmışdıq, komandam yaxşı oynadı. Oyunçular nə etmək lazım olduğunu bilir. David Silvaya görə şadam. Hər kəs onun səviyyəli futbolçu olduğunu bilirdi, amma Silva əvvəllər bu qədər qol vurmazdı. İndisə yaxşı forma yığıb. Özünəinam bizə mane olmayacaq. Mən futbolçulara qarşı tələbkaram. Komanda uduza və xal itirə bilər. Amma heç vaxt lazımsız arxayınlıq keçirməmişik. Bu, gələcəkdə də baş verməyəcək. Premyer Liqada ardıcıl 15 qələbə bizdə gücümüzə inam yaradır. "City" üçün ən böyük hədiyyə azarkeşlərin komandanın oyununa baxıb həzz almasıdır".

"Manchester City" Premyer Liqada ardıcıl 15 qələbə qazanmaqla adını İngiltərənin futbol tarixinə yazdırıb. Goal.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola "Swansea City" ilə oyundan sonra bu məsələyə də toxunub.