Putin 13cü illik mətbuat konfransı keçirir


Dünya 14 Dek 2017 13:12:00 264 0

Putin 13cü illik mətbuat konfransı keçirir

Bu gün Rusiya prezidenti Vladimir Putin 13-cü illik böyük mətbuat konfransı keçirir.

Mətbuat konfransı Bakı vaxtı ilə saat 13:00-da başlayıb.

"Bu gün bütün suallarınıza cavab verəcəyəm. Əsas məsələ odur ki, ötən il ərzində iqtisadiyyatımızda sağlamlaşma meylləri və əhalinin gəlirlərinin artması təmayülü qeydə alınıb".

Rusiya prezidenti Vladimir Putin Moskvada başlanmış mətbuat konfransındakı çıxışında ilk olaraq bu sözləri deyib.

Son.az bildirir ki, builki mətbuat konfransında 1640 jurnalist akkreditasiyadan keçib. Sözügedən rəqəm rekorddur.


Xəbərə aid fotolar