Bakıda məktəb direktoru vəfat etdi


Digərləri 14 Dek 2017 12:44:00 182 0

Bakıda məktəb direktoru vəfat etdi

Bakı şəhəri, Sabunçu rayonu 108 nömrəli tam orta məktəbin direktoru Narınc Mehdiyeva dünyasını dəyişib.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, N.Mehtiyeva 17.03.1959-cu ildə Bakı şəhəri Maştağa qəsəbəsində anadan olub.1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər universitetini bitirib.

Təyinatla1984-cü ilə qədər Xaçmaz rayonu Fərzəlioba kənd 8 illik məktəbində xarici dil müəllimi işləyib. 1985-1992-ci illərdə Sabunçu rayonu 142 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində, 1993-cü ildən Sabunçu rayonu 108 nömrəli tam orta məktəbdə müəllim kimi çalışıb. 2006-cı ilin dekabr ayından həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2007-ci ildən isə direktor kimi fəaliyyət göstərib.