Müsavat başqanının müavini istefa verdi


Siyasət 14 Dek 2017 12:23:00 240 0

Müsavat başqanının müavini istefa verdi

Müsavat Partiyasının başqan müavini Elman Fəttah vəzifəsindən istefa verib. 

MilliAz xəbər verir ki, E.Fəttah APA-ya açıqlamasında bu barədə yayılan xəbərləri təsdiqləyib. O bildirib ki, istefasına partiyanın idarəçiliyində yaranan fikir ayrılıqları səbəb olub. 

E. Fəttah yalnız vəzifəsindən istefa verdiyini və partiyada fəaliyyətini davam etdirdiyini söyləyib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində