Yasamal Yaşayış Kompleksində ticarət mərkəzinin tikintisi üzrə müsabiqə qalibi bəlli olub


Digərləri 14 Dek 2017 12:18:10 229 0

Yasamal Yaşayış Kompleksində ticarət mərkəzinin tikintisi üzrə müsabiqə qalibi bəlli olub

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin ərazisində ticarət mərkəzinin tikintisi üzrə investisiya müsabiqəsinin qalibi müəyyən edilib.

Bakı. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin ərazisində ticarət mərkəzinin tikintisi üzrə investisiya müsabiqəsinin qalibi müəyyən edilib. Bildirilir ki, MİDA növbəti dövlət-özəl tərəfdaşlığı layihəsinə start verir. “MİDA” MMC tərəfindən keçirilmiş investisiya müsabiqəsi nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində ticarət mərkəzinin tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaq investor müəyyən olunub. Müsabiqənin qalibi olan “PMD Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (www.pmdgroup.az) tərəfindən ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasının təşkili üçün təqribən 7 milyon manat həcmində investisiya qoyuluşu həyata keçiriləcək.