Müharibə zonalarında qalan 20yə yaxın azərbaycanlı uşaqdan


Digərləri 14 Dek 2017 12:01:00 326 0

Müharibə zonalarında qalan 20yə yaxın azərbaycanlı uşaqdan

"Müharibə zonalarında qalan azərbaycanlı uşaqların vətənə qaytarılması üçün Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə aidiyyəti qurumlarla işlər görülür. Artıq 20-yə yaxın azərbaycanlı uşaq düşərgələrdə müəyyənləşib və onların Azərbaycana gətirilməsi istiqamətində işlərə başlanılıb".

Son.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

Sədr müavini bildirib ki, həmin uşaqların valideynlərinin hər ikisi münaqişələrdə dünyalarını dəyişib: "Təbii ki, ilk növbədə, onlar müayinədən keçirilməlidir. Onların nə zaman ölkəyə gətirilməsi İşçi Komissiyasının işindən asılıdır. Məlumatlar var ki, uşaqların sayı 20-dən çoxdur. Ona görə də sayın dəqiqləşdirilməsi və hamısının ölkəyə gətirilməsi üçün işlər həyata keçirilir".