Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid olub


Siyasət 14 Dek 2017 12:00:00 236 0

Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid olub

Hərbi qulluqçu Salahov Fizuli Süleyman oğlu düşmənin atəşkəs rejimini pozması nəticəsində şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!