Zaqatalada yanğın


Digərləri 14 Dek 2017 11:58:00 208 0

Zaqatalada yanğın

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Son.az APA-ya istinadən xəbər verir ki, yanğın bu gün səhər saat 09 radələrində rayonun Yolayrıc kəndində, kənd sakini Fərhad Abdulhəmid oğlu Musayevə məxsus, ümumi sahəsi 240 kv/m olan  ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Yanğın zamanı evin dam örtüyünün 45 kv/m-lik hissəsi və ikinci mərtəbədə otaqlardan birinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.