Terrorçu Polis Akademiyasında özünü partlatdı


Dünya 14 Dek 2017 11:47:36 242 0

Terrorçu Polis Akademiyasında özünü partlatdı

İntiharçı-terrorçu Somali paytaxtı Moqadişoda Polis Akademiyasına hücum edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 3 nəfərin həlak olduğu bildirilir.

Məlumata görə, intiharçı-terrorçu təhsil müəssisəsinə daxil olaraq partlayıçı qurğunu işə salıb.

Ölkə ərazisində mövcud olan terror qruplaşmalarından hələ heç biri insidentlə bağlı məsuliyyəti öz üzərinə götürməyib.