Yeganə: "Bir övladım var, elə bilirəm, 10 uşağa baxıram"


Şou-biznes 14 Dek 2017 11:49:00 306 0

Yeganə: "Bir övladım var, elə bilirəm, 10 uşağa baxıram"

ARB Ulduz-un "Virtual həyat" proqramının budəfəki müsahibi müğənni Yeganə olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni hələlik tək övlad sahibi olmasına baxmayaraq, çoxuşaqlılıqdan şikayətlənib:

"Tək övladım var, 3-4 olsaydı, yəqin ki, yanıma salıb gəzdirərdim. Bir övladım var, ancaq elə bilirəm ki, 10 uşağa baxıram. Deyirəm, bu camaat 2-3, 4 uşağa necə baxır? Allah onlara güc, qüvvət versin, səbr versin".

Oğlu Ömərin kifayət qədər yükləndiyini, yorulduğunu etiraf edən müğənni övladının səhərdən-axşama kimi elə o yan-bu yana qaçdığını söylədi.