Yüksək Liqa: "Marafon Futsal" inamlı qələbə qazandı


İdman 14 Dek 2017 11:19:00 231 0

Yüksək Liqa: "Marafon Futsal" inamlı qələbə qazandı

“Marafon Futsal” EKOL-la qarşılaşmada 6:2 hesabına sevinib. Bu qələbədən sonra liderlə izləyicisi arasında xal fərqi minimuma enib. EKOL-un uduzmasından yararlanan “Neftçi” İK isə xal hesabında onları arxada qoyub. Sonuncular “FK. İD. Futsal” ilə matçda 1 xala seviniblər. Autsayderlərin durlində isə “Yasamal” “Xəmsə”dən güclü olub.

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında X turun oyunları keçirilib. Goal.az xəbər verir ki, turnir cədvəlinin lideri lideri “Araz”ın istirahət etdiyi turda Naxçıvan təmsilçisinin ən yaxın izləyicisi qələbə qazanıb. 

 

Futzal üzrə Yüksək Liqa

X tur

“Marafon Futsal” – EKOL - 6:2

13 dekabr. Bakı İdman Sarayı. Saat 14:30

Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev

Hakim-inspektor: Murad Məmmədov

Qollar: İ. Hacıyev, 16:13 (penalti), 31:46, O. Talebi, 23:30, 35:35, R. Sultanov, 32:32, S. Məmmədov, 35:48  //  F. Atakişiyev, 10:51, R. Əhmədov, 29:23

Sarı vərəqələr: İ. Hacıyev, 17:25, K. Mehdipour, 29:23 // S. Məstiyev, 13:41, N. Məmmədkərimov, 16:13, E. Kürdov, 16:25