17 dekabr ABL Cup 2017/18 turnirinin payız kubokunun final oyunları keçiriləcək


Digərləri 14 Dek 2017 11:20:16 227 0

17 dekabr ABL Cup 2017/18 turnirinin payız kubokunun final oyunları keçiriləcək

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri başa çatır.

Bakı. Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri başa çatır. Trend-in məlumatına görə, belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION). 17 dekabr saat 19:00-da, Bakı Tennis Akademiyasında ABL Cup 2017/18 turnirinin payız kubokunun 3-cü yer uğrunda və final oyunları keçiriləcəkdir. Final oyunu bitdikdən sonra Biznes-liqanın qaliblərinin mükafatlandırma mərasimi baş tutacaq. Turnirə böyük marağın olduğunu nəzərə alaraq, final və 3-cü yer uğrunda oyunların keçirilməsi üçün tamaşaçı yerləri olan arena seçilmişdir. ABL Cup 2017/18 turnirinin təşkilatçısı ASEP (Azfar Sport Events & Promotion) şirkətini Biznes-liqa iştirakçıları olan komandaları və azərkeşləri oyunları izləməyə dəvət edir. Qeyd edək ki, 3-cü yer uğrunda mübarizə Polatyol və Universal, final oyunu isə Azecolab və Azersun komandaları arasında aparılacağdır.