Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb FOTO


Digərləri 14 Dek 2017 11:08:00 244 0

Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb  FOTO

Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb.

Son.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, bu barədə DSX-inin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Hesabat müşavirəsində Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev müşavi­rədə hesabat məruzəsi ilə çıxış edib, silahlı birləşmələrin və digər struktur qu­rumların xidməti fəaliyyətini qiymətləndirib, 2018-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

2017-ci ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla müha­fi­zə­­sinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olması qeyd olunub.

Dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə Azərbay­can Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.

Azərbay­can Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yanvar ayının 13-də və avqust ayının 24-də DSX Sahil Mühafizəsinin "Gəmi inşası zavodu"nda inşası yekunlaşmış 3-cü və 4-cü "Tufan" tipli sərhəd gözətçi gəmilərilə tanış olması, bu tipli daha 2 gəminin təmə­lini qoyması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, iyul ayının 5-də DSX-nin strukturunun təkmilləşdirilməsi, DSX-nin tərkibində 4 silahlı birləşmənin yaradılması barədə qərar verməsi, DSX əməkdaşlarını 1 orden, 40 medal, 6 fəxri adla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

2017-ci ildə DSX tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

- Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib;

- xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxla­nılıb, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

- dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanıl­ıb.

- 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alın­ıb.


Xəbərə aid fotolar