Ağdaşda səhər saatlarında DƏHŞƏTLİ QƏTL: 16 yaşlı oğlan ürəyindən bıçaqlandı


Kriminal 14 Dek 2017 11:10:00 277 0

Ağdaşda səhər saatlarında DƏHŞƏTLİ QƏTL: 16 yaşlı oğlan ürəyindən bıçaqlandı

Ağdaşda qətl hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün 10.30 radələrində Ağdaş şəhərindəki Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.

16-17 yaşlarında olduğu deyilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

Onun meyiti müayinə olunmaq üçün Ağdaş morquna aparılıb.