GUAM PA-nın 10-cu sessiyası Tbilisidə keçiriləcək


Siyasət 14 Dek 2017 10:47:37 303 0

GUAM PA-nın 10-cu sessiyası Tbilisidə keçiriləcək

Toplantıda Azərbaycanı Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, deputat Əli Məsimli təmsil edəcəklər

© Report

Tbilisi, 14 dekabr, REPORT. AZ/ Tbilisidə dekabrın 17-də GUAM (Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat) Parlament Assambleyasının 10-cu sessiyası keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, toplantıda təşkilata üzv ölkələr arasında əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin genişləndirilməsi, bu sahədə qanunverici orqanların rolu və s. məsələlər müzakirə olunacaq.

Sessiyada Azərbaycanı Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, deputat Əli Məsimli və digər rəsmi şəxslər təmsil edəcəklər.

Sessiya dekabrın 19-dək davam edəcək.