Azərbaycan BƏƏ vətəndaşlarının səyahət üçün axtardığı ən populyar yerlərdən biridir
Digərləri 14 Dek 2017 10:09:00 295 0
Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşlarının səyahət üçün axtardıqları ən populyar yerlərdən biridir.
Son.az Trend-ə stinadən xəbər verir ki, bu barədə "The National" portalı 2017-ci ildə Google-da ən çox axtarışa verilən sözlərin illik siyahısına istinadən xəbər verir.
"Google" axtarış sisteminin illik göstəricilərinə əsasən, Fransa BƏƏ sakinlərinin səyahət üçün axtardıqları ölkələr arasında ən məşhuru olub, sonrakı yerlərdə isə Türkiyə, Misir, Yunanıstan, Gürcüstan, Azərbaycan, Xorvatiya, Monteneqro və Kamboca gəlir.
Mənbə: milli.az