İranda səhər insanları zəlzələ oyatdı


Dünya 14 Dek 2017 09:26:00 272 0

İranda səhər insanları zəlzələ oyatdı

Səhər saatlarında İranda yenə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu dəfə yeraltı təkanlar 4 bal gücündə olub.

İran Seysmoloji İdarəsinin yaydığı xəbərə görə, zəlzələ İranın Şiraz şəhərindən 476 kilometr məsafədə 10 kilometr dərinlikdə baş verib.

Qeyd edək ki, həmin bölgədə son günlər ərzində bir neçə güclü zəlzələ qeydə alınıb.