“Facebook”un şəxsi fonotekası da olacaq


Digərləri 14 Dek 2017 08:45:00 212 0

“Facebook”un şəxsi fonotekası da olacaq

"Facebook" şəxsi fonotekasının tərtibatı ilə məşğuldur.

Son.az lent.az-a istinadən xəbər verir ki, resursun istifadəçiləri üçün təxminən 1000-ə yaxın kompozisiya və 1500-ə yaxın müxtəlif səslər əlçatan olacaq.   "Facebook" akkauntu istifadəçilərinin yazdıqları statuslara və məlumatlara səslər əlavə etmək imkanı olacaq. Onların seçimi üçün mahnılar təqdim ediləcək. Bu mahnılar isə daha az tanınan ifaçılara məxsus olacaq. Onlar vokal üzrə kateqoriyalara, trekin uzunluğuna, səslənmə tempinə uyğun və janrlar üzrə bölünəcəklər.

Həmçinin "Facebook" ətraf mühitin səslərinin və təbiət əlamətlərinin səslənməsini də öz fonotekasında təqdim etməyi planlaşdırır. Burada nəqliyyat, hərəkət, heyvan və sair səslər də olacaq.

Proqnozlara görə, bir müddət sonra bu siyahıya böyük sayda müasir kompozisiyalarla əlavə etmək də planlaşdırılır. Bu isə "Facebook"un müxtəlif nəşriyyatlar və müəlliflərlə əməkdaşlıq haqqında müqavilələr imzalamasından sonra mümkün olacaq.