Bakı Biznes və Kooperasiya Kollecində gənc oğlan bıçaqlanıb


Digərləri 14 Dek 2017 07:46:00 233 0

Bakı Biznes və Kooperasiya Kollecində gənc oğlan bıçaqlanıb

Hadisə günorta saatlarında kollecin həyətyanı sahəsində baş verib

Bakı Biznes və Kooperasiya Kollecində bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə ötən gün günorta saatlarında kollecin həyətyanı sahəsində qeydə alınıb. Belə ki, 17 yaşlı Cəfərli Ayxan Rövşən oğlu kollecin tələbəsi ilə əlbəyaxa dava edib. Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparır.