Ekvadorun vitse-prezidenti 6 il müddətinə azadlıqdan məhrum olunub


Dünya 14 Dek 2017 06:30:07 256 0

Ekvadorun vitse-prezidenti 6 il müddətinə azadlıqdan məhrum olunub

Itiham olunanlar arasında daha 11 nəfər var

Ekvadorun Cinayət üzrə Məhkəməsi ölkənin vitse-prezidenti Xorje Qlasa 6 il həbs cəzası verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, siyasətçi cinayətkar cəmiyyət qurmaqda ittiham olunub.

Onun adı bir sıra korrupisya sxemində də hallanıb.

Vitse-prezident bir Braziliya şirkətindən ölkə hökuməti ilə müqavilə imzalamaq üçün rüşvət alıb. Həmin pulların Marşal adalarında yerləşən ofşor şirkətlərdə gizlədildiyi bildirilir. Müttəhimlər arasında  daha 11 nəfər də var.

Məhkəmənin qərarına əsasən, iş üzrə ittiham olunanların hamısının günahı sübuta yetirilib. Onların hökumətə ziyan vurduqları 33 mlyon dolların qaytarılması nəzərdə tutulub.

İttiham irəli sürülən daha dörd nəfər məhkəmədən gizlənir.